bannerbannerbanner
logo
Войти

Книги автора: Коллектив авторов

Добавлено
Год выхода: 2022
Язык: az
“Cib kitabları” seriyasından olan altıncı toplu “Topun kölgəsi” adlanır. Kitabda çağdaş Azərbaycan n…
“Cib kitabları” seriyasından olan altıncı toplu “Topun kölgəsi” adlanır. Kitabda çağdaş Azərbaycan nəsrinin ən tanınmış nümayəndələrinin maraqlı və populyar hekayələri toplanıb. Müxtəlif və müəyyən mənada bir-birinə zidd ədəbi nəsillərə məxsus hekayələr ilə tanış olmaq imkanınız yaranacaq.
Добавлено
Год выхода: 2022
Язык: az
Lüğətə müasir Azərbaycan dilində işlənən ərəb və fars mənşəli 5000-dək söz və söz birləşməsi daxil e…
Lüğətə müasir Azərbaycan dilində işlənən ərəb və fars mənşəli 5000-dək söz və söz birləşməsi daxil edilmişdir. Bunlar gündəlik həyatda işlədilən söz və ifadələr, islamiyyətə aid kəlmələr, həmçinin Azərbaycan şəxs adlarıdır. Lüğətdə ərəb və fars sözləri Azərbaycan dilində tələffüz edildiyi qaydada – müasir orfoqrafiya prinsiplərinə uyğun verilmişdir. Kitab orta məktəb şagirdləri və müəllimləri, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Добавлено
Год выхода: 2022
Язык: az
1920-ci il hadisələrindən sonra xaricə mühacirət etmiş bir sıra siyasət adamları (eləcə də İkinci Ca…
1920-ci il hadisələrindən sonra xaricə mühacirət etmiş bir sıra siyasət adamları (eləcə də İkinci Cahan hərbindən sonra siyasi motivlərlə Avropada qalmış soydaşlarımızdan bəziləri) özlərindən sonra milli tarixçiliyimiz üçün dəyərli xatirə yazıları qoyub getmişlər. Bu qaynaqların heç də hamısı Anavətəndə işıq üzü görərək ictimaiyyətə çatdırılmayıb. Görkəmli siyasətçi, parlamentin deputatı, sağ eser Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyovun xatirələrini bu kitabda gənclərimizə çatdırmağı özümüzə borc bilirik.
Добавлено
Год выхода: 2022
Язык: az
Məşhur mesenat, maarifpərvər Bakı milyonçusu Hacı Zeynal-abdin Tağıyevin tariximizin 1920-ci ilə qəd…
Məşhur mesenat, maarifpərvər Bakı milyonçusu Hacı Zeynal-abdin Tağıyevin tariximizin 1920-ci ilə qədərki dövründə apar-dığı abadlıq işləri, incəsənət və elm qarşısındakı xidmətləri, şəxsi vəsaiti ilə ən görkəmli ziyalılarımıza təhsil verdirməsi hamımıza məlumdur. Lakin təəssüf ki, bu görkəmli şəxsiyyətin həyatı, mü-tərəqqi fəaliyyəti hələ də öz layiqli qiymətini almayıb . Təqdim olunan kitab hələ yüz il bundan əvvəl Bakı neftindən gələn pulların qeyri-neft sektoruna yönəldilməsinin zəruriliyini dərk etmiş və bu işi həyata keçirən Hacını millətə tanıtmaq istiqamətində atılmış ilk ciddi adımlardan biridir. Kitaba N.Nərimanovun böyük maarifçi haqqında yazdığı əsər, A. Şaiqin qardaşı Axund Yusif Talıbzadə tərəfindən yazıldığı ehtimal olunan kitabın mətni, həmçinin əsrin əvvəllərində nəşr olunmuş “Himəm ər-rical” (“Kişilərin himməti”) kitabından H.Z.Tağıyevin gördüyü işləri əks etdirən bir sıra tarixi sənədlər, ona ithaf olunmuş şeirlər və ona gələn məktublar daxil edilmişdir.
Добавлено
Год выхода: 2022
Язык: az
Ədəbiyyatsız dünya necə olardı? İlk baxışdan bu sualın cavabı aydındır, çoxluğun fikrincə ədəbiyyats…
Ədəbiyyatsız dünya necə olardı? İlk baxışdan bu sualın cavabı aydındır, çoxluğun fikrincə ədəbiyyatsız da keçinmək olar və ədəbiyyat olmasa dünyada heç nə dəyişməz. Lakin Mario Varqas Lyosa, Orxan Pamuk, İtalo Kalvino, Marsel Prust, Jan Pol Sartr, Karlos Fuentes, Vladimir Nabokov və bu kitabda esselərini və müsahibələrini oxuyacağınız daha 15 tanınmış dünya yazarı bunun əksini düşünür və sübut edir. Ədəbiyyat həyatın daha yaxşı başa düşülməsi və daha yaxşı yaşanmasına yardım edir, həyatı bütöv yaşamaq, onu başqaları ilə birlikdə və paylaşaraq yaşamaq ədəbiyyatsız mümkün olmazdı. Oxuculara təqdim olunan bu kitabda, eyni zamanda, çağdaş dünyada gedən ədəbiyyat prosesləri haqqında bilgilər, yazı sənətinin özəlliklərinə dair ustad tövsiyələri və tanınmış yazarları məşğul edən düşüncələr öz əksini tapıb. Ədəbiyyatətrafı məsələlərlə bağlı tərcümə materiallarının ana dilimizdə çap olunması əlbəttə, ilk deyil, bu cür tənqidi-nəzəri materiallar qəzetlərdə və saytlarda hər zaman yayınlanır, bəzi kitablar da çap olunur, lakin çox zaman fraqmentar və sistemsiz olur. peşəkar söz adamı Qismət Rüstəmovun təqdimatında dünyanın ən tanınmış yazarlarının bilavasitə yazı sənətinin özəlliklərindən bəhs edən məqalə və müsahibələrinin seçilərək ana dilimizə çevrilməsi milli ədəbiyyat prosesimizin yeni bir yüksəklik qazanması baxımından çox böyük dəyər daşıyır.
Добавлено
Год выхода: 2022
Язык: az
Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən…
Bu kitab böyük Azərbaycan şairi Şəhriyar (Seyid Məhəmmədhüseyn Behcət Təbrizi) haqqında xatirələrdən ibarətdir. Toplunun əvvəlində öz xatirələri də yer alıb. Əlavə olaraq şairin qızı, qardaşı, dostları, müxtəlif sənət və ədəbiyyat adamlarının da yazısı kitaba salınıb. Bu xatirələrdə Şəhriyarın uşaqlığından tutmuş ahıl yaşlarına qədər başına gəlmiş hadisələrdən bəhs edilir. “Məhəmmədhüseyn Şəhriyar xatirələrdə” kitabı şəhriyarşünaslıqla maraqlananlar, ümumilikdə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Добавлено
Год выхода: 2022
Язык: az
Kitabda Azərbaycan milli teatrının və mətbuatının banisi, görkəmli jurnalist, xeyriyyəçi, ictimai xa…
Kitabda Azərbaycan milli teatrının və mətbuatının banisi, görkəmli jurnalist, xeyriyyəçi, ictimai xadim Həsən bəy Zərdabinin yaradıcılığından bioqrafik səpkili nümunələr, onun doğmalarının – həyat yoldaşı Hənifə xanım Abayeva-Məlikovanın, qızı Qəribsoltan xanım Məlikovanın, kürəkəni Əlimərdan bəy Topçubaşovun xatirələri və tanınmış zərdabişünasların məqalələri toplanıb.
Добавлено
Год выхода: 2022
Язык: az
Kitabdakı xatirələrdə Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası – Qori müəllimlər sem…
Kitabdakı xatirələrdə Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası – Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının triumfu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb. Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib. Xatirələrdən bəziləri isə əlyazma halında Ü.Hacıbəylinin ev muzeyinə təqdim edilsə də, bu günə kimi çap olunmayıb.
Добавлено
Год выхода: 2022
Язык: az
Oxuculara təqdim olunan bu kitabda müasir türk nasir-lərinin əsərlərindən nümunələr toplanmışdır. Əs…
Oxuculara təqdim olunan bu kitabda müasir türk nasir-lərinin əsərlərindən nümunələr toplanmışdır. Əsasən «Varlıq» jurnalından alınmış bu hekayələrdə türk cəmiyyətindəki insanların ağır güzəranından bəhs olunur. Kitabı tərtib edərkən əsərlərin düzülüşündəki ardıcıllıq müəlliflərin anadan olma tarixinə görə müəyyən edilmişdir.
Добавлено
Год выхода: 2022
Язык: az
Kitaba Amerika və ingilis yazıçılarının əsərlərindən tərcümələr daxil edilib.
Kitaba Amerika və ingilis yazıçılarının əsərlərindən tərcümələr daxil edilib.
Добавлено
Год выхода: 2022
Язык: az
Kitaba ən məşhur təmsil yazıçılarından Ezop, İvan Krılov, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, …
Kitaba ən məşhur təmsil yazıçılarından Ezop, İvan Krılov, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq və başqalarının təmsillərini daxil etmişik.
Добавлено
Год выхода: 2022
Язык: az
Beynəlxalq münasibətlər üzrə dünyanın ən tanınmış mütəxəssislərinin üç il ərzində göstərdikləri birg…
Beynəlxalq münasibətlər üzrə dünyanın ən tanınmış mütəxəssislərinin üç il ərzində göstərdikləri birgə fəaliyyətin məhsulu olan bu kitab tələbələr, elmi işçilər və sahə ilə maraqlananlar üçün dəyərli bir vəsaitdir. Siz bu kitabda təməl anlayışlardan mövcud problemlərə qədər geniş mövzularla tanış ola bilərsiniz. İngilis dilindən tərcümə edilmiş kitab təbii ki, müəyyən qüsurlardan azad deyildir. İradlarınızı bizə çatdırsanız sizə minnətdar olarıq.
Добавлено
Год выхода: 2022
Язык: az
Kitaba topladığımız xatirələr ustad şair Səməd Vurğunun həyat və yaradıcılığının bir çox qaranlıq tə…
Kitaba topladığımız xatirələr ustad şair Səməd Vurğunun həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə aydınlıq gətirir, bir çox əsərlərinin tarixçələrini dəqiqləşdirməyə, hətta naməlum əsərləri haqqında bilgi almağa imkan verir. Xatirələri, əsasən, S.Vurğun haqqındakı “Qalacaqdır dünyada…” (1973) və “Mən ellər oğluyam” (1984) adlı xatirə kitablarından, müxtəlif mətbu orqanlardan və məcmuələrdən, eləcə də şairin ev-muzeyinin arxivindən, o sıradan muzeydə keçirilən tədbirlərin səs yazılarından götürülüb.
Добавлено
Год выхода: 2022
Язык: az
Kitabda görkəmli yazıçı İsa Muğannanın qələmə aldığı xatirələri – “Həyatımdan səhifələr” (uşaqlıq il…
Kitabda görkəmli yazıçı İsa Muğannanın qələmə aldığı xatirələri – “Həyatımdan səhifələr” (uşaqlıq illərindən başlamış Xalq Yazıçısı olduğu illərədək olan diqqətəlayiq hadisələr – əsasən, çətin keçən uşaqlıq illəri, ədəbiyyata həvəsinin necə yaranması, ali məktəb dövrü, ona şöhrət gətirən romanlarının ideyasının necə yaranması, ssenari müəllifi olduğu filmləri hansı çətinliklərlə ərsəyə gəlməsi və nəhayət, Muğanna təxəllüsünə necə yetişməsi) və onun haqqında dostları, qələm yoldaşları və qohumlarının xatirə yüklü yazıları yer alıb. Geniş oxucu kütləsi üçün nəşr edilən bu kitab İsa Muğannanın 90 illik yubileyinə ithaf olunub.
Добавлено
Год выхода: 2022
Язык: az
“General Polad Həşimov xatirələrdə” kitabı 14 iyul 2020-ci il tarixində Tovuz rayonu ətrafında gedən…
“General Polad Həşimov xatirələrdə” kitabı 14 iyul 2020-ci il tarixində Tovuz rayonu ətrafında gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov haqqında xatirələrdən ibarətdir. Kitabda şəhid generalın ailə üzvlərindən, yaxınlarından, zabit və əsgər yoldaşlarından götürülən xatirə yazıları yer alıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub və şəhid generalın cəmiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır. Vətənimiz Azərbaycan uğrundan canından keçən bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin ruhuna dərin ehtiramla, “XAN Nəşriyyatı” komandası
Добавлено
Год выхода: 2022
Язык: az
Türk ədəbiyyatının ən görkəmli və maraqlı yaradıcılığa malik nümayəndələrindən olan Səbahəddin Əlini…
Türk ədəbiyyatının ən görkəmli və maraqlı yaradıcılığa malik nümayəndələrindən olan Səbahəddin Əlinin taleyi də yaradıcılığı qədər, hətta ondan da artıq diqqət çəkir. Faciəvi ölümü hələ də müəmma pərdəsi altında qalan yazıçı haqqında ancaq 60-cı illərdən sonra danışılmağa başlanılıb və bir çox xatirələr yazılıb. “XAN” nəşriyyatının “Xatirə Ədəbiyyatı” seriyasından 23-cü kitab olan bu topluda həmin xatirələrin bir qismi ilə tanış ola biləcəksiniz.
Добавлено
Год выхода: 2022
Язык: az
Kitabda dahi rus rejissoru, filmlərilə dünya kinosu tarixində əvəzedilməz iz buraxan Andrey Arsenevi…
Kitabda dahi rus rejissoru, filmlərilə dünya kinosu tarixində əvəzedilməz iz buraxan Andrey Arseneviç Tarkovskinin öz yazdığı “Martiroloq” adlı gündəlikdən hissələr, o cümlədən, onun haqqında doğmaları, dost-tanışları və iş yoldaşlarının xatirələri yer alıb. Bu yazıları oxumaqla Tarkovskinin çəkdiyi filmlərdən, əzablarla dolu şəxsi həyatıından maraqlı epizodlarla tanış olacaqsınız. Xatirəsini bölüşənlər arasında rejissorun bacısı Marina Tarkovskaya, yaxın dostu, qohumu Aleksandr Qordon, sevgilisi, sevimli aktrisası Nataliya Bondarçuk, məşhur “Güzgü” filminin həmmüəllifi Aleksandr Mişarin, kino xadimləri – Alisa Freyndlix, Kşiştof Zanussi və başqa insanların adı var. Ümidvarıq, dahi Tarkovski haqqında xatirələr incəsənət tarixilə maraqlanan oxucuların da marağına səbəb olacaq.
Добавлено
Год выхода: 2022
Язык: az
Kitabda böyük yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlalın “Bakı görüşləri” və “Parisdə görüş”…
Kitabda böyük yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlalın “Bakı görüşləri” və “Parisdə görüş” adlı öz xatirə qeydləri, eyni zamanda, onun tələbəsi və sonradan dostu olmuş filologiya elmlər doktoru, professor Xalid Əlimirzəyevin “Mənəvi borc” kitabından alınmış xatirələr, professor Şəmistan Mikayılovun, əməkdar jurnalist Flora Xəlilzadənin, Züleyxa Məmmədqızının xatirələri toplanıb. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “Mir Cəlal xatirələrdə” kitabı ədibin 110 illiyi münasibətilə çap olunub.
Добавлено
Год выхода: 2022
Язык: az
Kitabda mühacir şair Almas İldırım haqqında xatirələr toplanıb. Xatirələrdə şairin Azərbaycanda, İra…
Kitabda mühacir şair Almas İldırım haqqında xatirələr toplanıb. Xatirələrdə şairin Azərbaycanda, İranda, Türkmənistanda, Türkiyədə yaşadığı dönəmə aid nadir materiallar təqdim edilib, arxiv materialları əsasında yeni bilgilər verilib. Kitabda həmçinin Almas İldırımın məktubları, fotoşəkilləri yayımlanıb.
Добавлено
Год выхода: 2022
Язык: az
Bu kitabda klassik Azərbaycan yazıçılarının mövhumat və onun mahiyyətini ifşa edən gözəl nümunələri …
Bu kitabda klassik Azərbaycan yazıçılarının mövhumat və onun mahiyyətini ifşa edən gözəl nümunələri toplanıb. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Yusif Vəzir Çəmənzəminli və Abdulla Şaiq kimi qələm ustadlarının əsərlərindən ibarət “Pirin kəraməti” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Популярные книги