bannerbannerbanner
logo
Войти
добавлено
Скачать книгу PLANLA YAŞAYAN QADINТекст
Добавить В библиотеку
Добавить отзывДобавить цитату

PLANLA YAŞAYAN QADIN

Язык: az
Тип: Текст
Год издания: 2022

Полная версия

“Planla yaşayan qadın” həyatı əfsanəyə çevrilmiş bir qadının taleyindən bəhs edən bir əsərdir. Kitabda bütün çətinliklərə baxmayaraq, onlara mərdliklə sinə gələn, gənclərə örnək olan bir ananın həyatı haqqında oxuyuruq. O həm şəxsi həyatında, həm də çalışdığı sahələrdə rastlaşdığı maneələrin öhdəsindən cəsarətlə gəlir. Əslən kanadalı olan Mey Mask ailəsini dolandırmaq üçün gecə-gündüz çalışsa da, övladlarının tərbiyə və təhsilinə xüsusi diqqət də ayırmışdır. Biz bunun parlaq nəticəsini oğlu İlon Maskın dünyaya verdiyi töhfələrdə görürük. Mey Mask öz kitabı ilə bizi xöşbəxt həyata ilhamlandırır. Bu kitabı həyatıma ən çox təsir edən insanlara: Mənə, bacılarıma və bütün tanış qadınlara öz uğurlarında əminlik hissi bağışladığına görə rəhmətlik anam Uin Xaldemana. Beş il ərzində hər axşam zarıldamağımı dinləyən və binamızın tüstü bacasının təmirinə görə yaşayış kooperativi ilə məhkəmə zamanı ürək-dirək verən rəhmətlik bacım Linn Xaldemana. Məni qoruyan və hər zaman göylərdən yerə endirən əkiz bacım Keyə. Bütün işlərimdə mənə hörmət edib dəstək verən füsunkar qızım Toska, oğullarım İlon və Kimbala. Məni yeniliklərlə tanış edən və saysız-hesabsız suallarla hədsiz sevindirən on bir nəvəmə, həm yaxşı, həm pis günlərimdə mənə dəstək olan böyük ailəmə, dostlarım və komandama həsr etmək istəyirəm.

Читать онлайн «PLANLA YAŞAYAN QADIN»

Отзывы о книге «PLANLA YAŞAYAN QADIN»

Добавить комментарий
Популярные книги